Dənizçilik və logistika sahəsində əməkdaşlıq güclənir

159

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirib.

Denizxeber.az bildirir ki, görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib. Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.