Bakı Gəmiqayırma Zavodu beynəlxalq ekspertlərin diqqətində

177

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşəbbüsü ilə Dünya Bankının ekspertləri Bakı Gəmiqayırma Zavodunda olublar.

Denizxeber.az bildirir ki, görüş Azərbaycanda dənizdə külək enerjisi üzrə yerli istehsal və lokallaşdırma imkanlarının qiymətləndirilməsi məqsədilə keçirilib.

Görüş zamanı Bakı Gəmiqayırma Zavodunun istehsal infrastrukturu, mühəndislik imkanları, iriölçülü metal konstruksiyaların hazırlanması və dəniz layihələri üzrə təcrübəsi barədə məlumat verilib. Həmçinin zavodun gələcəkdə dənizdə külək enerjisi layihələrinin təchizat zəncirində potensial iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ekspertlər zavodun istehsal sahələri və mövcud texniki imkanları ilə də tanış olublar.

#BakıGəmiqayırmaZavodu#BərpaOlunanEnerji#KüləkEnerjisi#WorldBank