Rusiyanın “kölgə donanması” hədəfdə

75

İyulun 18-nə keçən gecə Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”na dron hücumu olub. Hücum nəticəsində Rusiyaya məxsus daha 13 gəmi vurulub.

Denizxeber.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin yaydığı məlumata görə, əməliyyat zamanı 8 quru yük gəmisi, 1 neft tankeri, 1 qazdaşıyan tanker, 1 yedək gəmisi və 2 üzən kran sıradan çıxarılıb. Hücumların əsas məqsədi sanksiyalardan yayınmaqla daşınan neft və yanacaq logistikasının qarşısını almaqdır.

Qeyd edək ki, Ukrayna ordusunun həyata keçirdiyi 13 günlük “MoLoÇKa” əməliyyatı çərçivəsində indiyədək Rusiyanın ümumilikdə 172 gəmisinə zərbə endirilib. Bunlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə hədəf alınıb. Komandanlıq bildirib ki, ekoloji çirklənmə yaratmamaq üçün gəmilərin gövdəsi deyilmir, yalnız onların hərəkət və idarəetmə sistemləri sıradan çıxarılır.