6 gəminin vurulması faktı rəsmən təsdiqləndi

141

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Qüvvələrinin Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”na aid iki tankerə və dörd quru yük gəmisinə zərbələr endirdiyini təsdiqləyib. Dövlət başçısı, həmçinin Moskva regionundakı logistika obyektlərinə və neft bazasına da yeni zərbələr endirildiyini bəyan edib.

Denizxeber.az bildirir ki, bazar ertəsi özünün “Telegram” kanalında paylaşım edən Zelenski uğurlu əməliyyatlara görə Ukrayna hərbçilərinə minnətdarlığını bildirib:

“Uzaqmənzilli məhvetmə vasitələrimizin logistika obyektlərinə və neft bazasına yönəlik hücumlarımızın nəticələri var. Pilotsuz Sistemlər Qüvvələrinin, kəşfiyyatın, raket qoşunları və artilleriyanın, həmçinin Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm. Hədəflərə qədər sərhədimizdən məsafə 400 kilometrdən çox olub. Eyni zamanda Qara dəniz akvatoriyasında ‘kölgə donanması’nın iki tankeri və dörd quru yük gəmisi də vurulub”.