Etibarlı logistika mərkəzi

124

Dünyada baş verən münaqişələr səbəbindən dəniz nəqliyyatı sənayesi hazırda son dərəcə çətin vəziyyətlə üzləşib. Dənizçilik sənayesi dünyanın hər bir nöqtəsinə yüklərin daşınmasını təmin etmək üçün təhlükəsiz və sabit mühitə ehtiyac duyur. Azərbaycan isə bu geosiyasi gərginliklər fonunda təhlükəsiz və etibarlı tərəfdaşdır.

Denizxeber.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Dəniz Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Administrasiyasının rəhbəri, Dünya Dənizçilik Universitetinin (WMU) professoru Dimitrios Dalaklis deyib.

O qeyd edib ki, Azərbaycan mövcud mövqeyindən və biznes tərəfdaşlıqlarından faydalanaraq dünyada yaranan boşluğu etibarlı şəkildə doldurur.

“Rəqəmsal xidmətlər isə yeni əlaqələr yaratmaq üçün uyğun vasitədir. Bütün rəqəmsal alətlər biznesi daha yaxşı həyata keçirmək üçün istifadə oluna bilər”, -deyə professor bildirib.