Su idmanında növbəti həyəcan

300

İyulun 28-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək. Yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.

Denizxeber.az bildirir ki, çempionatda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı akademiki avarçəkmə, kanoe və kayak növlərində 500 metr məsafəyə mübarizə aparacaq. İştirakçılar həmçinin ilk dəfə olaraq qarışıq (mix) növ üzrə də öz qüvvələrini sınayacaqlar.

İdmançıların hazırlıq səviyyəsini yoxlamaq və rəqabəti artırmaq məqsədilə təşkil edilən yarışda qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Təşkilatçılar bütün idmansevərləri yarışları izləməyə və idmançılara dəstək olmağa dəvət edir.