Qara dənizdə gəmidə partlayış baş verib

233

Qara dənizdə Ukraynaya kömür daşıyan yük gəmisində partlayış baş verib.

Denizxeber.az bildirir ki, hadisə nəticəsində gəmi zədələnib və heyət üzvləri təhlükəsizlik məqsədilə təxliyə olunub. İlkin ehtimallara əsasən, partlayışın səbəbi dəniz minası ilə toqquşma ola bilər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qara dənizdə davam edən hərbi əməliyyatlar səbəbindən mülki gəmiçiliyin təhlükəsizliyi hələ də ciddi risk altındadır və bölgədə üzən gəmilər yüksək təhlükə ilə üzləşirlər.