Hazırkı “El Niño” iqlim fenomeninin ekstremal səviyyəyə çatması riski var. Bu xəbərdarlığı avstraliyalı iqlimşünas Andrea Taşetto edib.
Denizxeber.az bildirir ki, mütəxəssis Avstraliya Meteorologiya Bürosunun proqnozlarına əsaslanaraq bildirib ki, mərkəzi Sakit okeanda istiləşmə normadan 3 dərəcə çox olacaq. Bu göstəricilər ekstremal “El Niño” meyarlarına tam cavab verir.
A. Taşetto bildirib ki, Cənubi Amerika sahillərində dəniz səthinin temperaturu normadan 3-4 dərəcə yüksəkdir. Eyni zamanda Sakit okean üzərində külək istiqamətlərinin dəyişməsi və atmosfer dövranının zəifləməsi istiləşmə prosesini daha da sürətləndirir.
Ekspertlər “El Niño” fenomeninin 2026-cı ilin dekabrında pik həddinə çatacağını bildirirlər.





