Azərbaycan Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat mərkəzidir

135

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın xarici siyasətinin uğurlarını və Avropa ilə əməkdaşlıqda yeni imkanların yarandığını göstərən mühüm hadisədir.

Denizxeber.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Deputat bildirib ki, səfər ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

S. Məmmədov vurğulayıb ki, iki ölkə arasında enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika və investisiya sahələrində əməkdaşlığın genişlənməsi hər iki tərəfin maraqlarına cavab verir. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və Orta Dəhlizin inkişafındakı rolu ölkəmizin geostrateji əhəmiyyətini artırır.

Deputat əlavə edib ki, Cənubi Qafqazda davamlı sülh yalnız beynəlxalq hüquq prinsipləri və dövlətlərin ərazi bütövlüyünə hörmət əsasında mümkündür. Bu səfər Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur.