İran 6 gəminin keçidinin qarşısını alıb

150

İran hakimiyyəti 6 gəminin təhlükəli marşrutla Hörmüz boğazından keçmək cəhdinin qarşısını alıb.

Denizxeber.az bildirir ki, gəmilər boğazın cənub hissəsində naviqasiya sistemlərini söndürərək hərəkət ediblər. Nəticədə gəmilərdən biri zədələnib, qalan 5-i isə geri qaytarılıb.

İran tərəfi Hörmüz boğazında gəmiçilik üçün müəyyən olunmuş xüsusi dəhlizlərin olduğunu və bu marşrutlardan kənara çıxmağın təhlükəli sayıldığını bəyan edib.