Qara dənizdə növbəti hücum

159

Odesa yaxınlığında Türkiyəyə məxsus “GOLDEN LEO” mülki yük gəmisi raket zərbəsi nəticəsində batıb.

Denizxeber.az bildirir ki, bu barədə Odesa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

O. Kiperin sözlərinə görə, gəmi iyulun 19-da Ukrayna qarğıdalısı ilə yüklənərək limanı tərk edərkən hücuma məruz qalıb. Hadisə nəticəsində 9 ekipaj üzvü və 1 ukraynalı bələdçi (losman) həlak olub, 8 dənizçi isə xilas edilib.

Vilayət rəhbəri əlavə edib ki, gəmi tamamilə suya batarkən göyərtədə heç kim olmayıb.