Şərq-Qərb xəttində yeni dövr

148

Qlobal geosiyasi və iqtisadi proseslər, tədarük zəncirindəki problemlər və regional münaqişələr fonunda Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artır.

Denizxeber.az bildirir ki, bu fikirləri İstanbul Mədəniyyət Universitetinin dosenti, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elnur İsmayıl deyib.

Mütəxəssis bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat və logistika infrastrukturu dövlət siyasətinin prioritetinə çevrilib və Azərbaycan Avrasiyanın mühüm tranzit habı kimi mövqeyini möhkəmləndirib. Bu prosesdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərdə bərə donanmasının genişləndirilməsi və rəqəmsal gömrük sistemlərinin tətbiqi xüsusi rol oynayır.

E. İsmayıl əlavə edib ki, Mərkəzi Asiya ölkələri ilə dərinləşən əməkdaşlıq, eləcə də Qarabağ və Şərqi Zəngəzurda inşa olunan infrastruktur, xüsusilə Zəngəzur dəhlizinin perspektivləri Orta Dəhlizin səmərəliliyini və ölkəmizin geostrateji gücünü daha da yüksəldəcək.