Miqrasiya nəzarəti

54

Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb.

Denizxeber.az bildirir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bölgədə fəaliyyət göstərən mobil sahil müşahidə sistemi və pilotsuz uçuş aparatının (PUA) dəstəyi ilə dənizdə iki qayıq aşkarlanıb. Kecirilən əməliyyat zamanı qayıqlardan birində 11-i uşaq olmaqla 53 nəfər, digərində isə 32 nəfər saxlanılıb.

Bundan əlavə, miqrant qaçaqmalçılığında şübhəli bilinən 4 nəfər də ələ keçirilib. Qanunsuz miqrantlar lazımi prosedurlar yekunlaşdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.