ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş vəsaitlərinin Tehranın razılığı olmadan istifadə edilməsi təklifini dəstəkləyən ölkələrin gəmilərinin Hörmüz boğazından keçidi İran tərəfindən qadağan olunacaq.
Denizxeber.az bildirir ki, bu barədə İran ordusunun rəsmisi Ebrahim Zülfüqari videomüraciətində bildiriib.
O qeyd edib ki, Trampın təşəbbüsünə qoşularaq İranın bloklanmış aktivlərindən istifadə edəcək bütün dövlət və şirkətlərin gəmilərinin Hörmüz boğazından keçidinə İran ordusu tərəfindən qətiyyən icazə verilməyəcək.
Xatırladaq ki, iyulun 27-də Donald Tramp Qərb ölkələrində dondurulmuş İran vəsaitlərinin Tehranın icazəsi olmadan Hörmüz boğazında gəmiçiliyə dəymiş zərərin kompensasiyasına yönəldilməsi niyyətini bir daha bəyan etmişdi.





