ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasının bərpa edilməsindən sonra 18 ticarət gəmisinin marşrutunu dəyişdirib.
Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında bildirib.
Məlumata əsasən, iyulun 28-nə olan vəziyyətə görə CENTCOM 18 kommersiya gəmisini alternativ marşrutlara yönləndirib, 2 gəmini fəaliyyətsiz vəziyyətə gətirib və blokadanın tam təmin olunması məqsədilə daha 2 gəmiyə desant çıxarıb.
Komandanlıq nümayəndələri hazırda Yaxın Şərq regionunda 20-dən çox ABŞ hərbi gəmisinin əməliyyatlara cəlb olunduğunu qeyd ediblər. Xatırladaq ki, Birləşmiş Ştatlar İrana qarşı dəniz blokadasını iyulun 14-də bərpa edib.





