İyulun 30-da Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin vəfatından 8 il ötür.
Denizxeber.az bildirir ki, milli musiqi ilə müasir bəstəkarlıq texnikasını ustalıqla sintez edən sənətkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rol oynayıb. Otuzadək səhnə musiqisinin, estrada və caz əsərlərinin müəllifi olan Xəyyam Mirzəzadə, eyni zamanda, Azərbaycan kinomatoqrafiyasına da dəyərli töhfələr verib.
Bəstəkar “Yeddi oğul istərəm”, “Dənizə çıxmaq qorxuludur”, “Arxadan vurulan zərbə”, “Birisigün gecəyarısı” kimi 40-dan çox bədii, sənədli və animasiya filminə unudulmaz musiqilər bəstələyib. Sənətkarın zəngin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da 82 yaşında vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.





