Strateji boğazda neft daşıyan gəmi hədəf alınıb

70

Hörmüz boğazında Oman sahilləri yaxınlığında neft tankerinin hücuma məruz qalması nəticəsində gəmidə ciddi texniki nasazlıq yaranıb.

Denizxeber.az-ın Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinə (UKMTO) istinadla verdiyi məlumata görə, zərbə nəticəsində tankerin mühərrik bölməsi zədələnib və gəmi idarəetməni tamamilə itirib.

İnsident Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərq istiqamətində qeydə alınıb. İlk məlumatlara əsasən, hadisə zamanı gəmi heyəti arasında xəsarət alan olmayıb.

Bölgədə fəaliyyət göstərən sahil mühafizə qüvvələri baş verənlərlə bağlı məlumatlandırılıb, insidentin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.