Cənubi Koreya nəhəngi nüvə texnologiyaları sahəsində birgə layihəyə qoşulub

107

Cənubi Koreyanın aparıcı gəmiqayırma nəhəngi “Samsung Heavy Industries” üzən kiçik modul reaktor (SMR) texnologiyalarının kommersiyalaşdırılmasını sürətləndirmək məqsədilə ABŞ-nin nüvə mühəndisliyi sahəsində ixtisaslaşmış “Sargent & Lundy” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Denizxeber.az bildirir ki, bu strateji əməkdaşlıq “Samsung Heavy”nin dəniz enerji platforması layihəsini 2025-ci ildə tamamlanmış konseptual dizayn mərhələsindən çıxararaq lisenziyalaşdırma, tikinti planlaşdırılması və kommersiya tətbiqi mərhələsinə keçirməyi hədəfləyir.

Tərəflər konkret bir reaktor istehsalçısından asılı olmayan, müxtəlif tip SMR dizaynlarının rahat inteqrasiyasına imkan verən texnoloji baxımdan neytral üzən platforma konsepsiyası üzərində çalışacaqlar. “Samsung Heavy” nümayəndələri bildiriblər ki, bu universal yanaşma enerji şirkətlərinə, dövlət qurumlarına və dəniz platforması operatorlarına üzən nüvə stansiyaları üçün reaktor seçərkən maksimum çeviklik və geniş seçim imkanı yaradacaq.

Saziş çərçivəsində şirkətlər, həmçinin üzən stansiyaların standartlaşdırılması, beynəlxalq və ABŞ tənzimləyici qurumlarından icazələrin alınması, dəniz акваторияlarında yerləşdirilmə strategiyalarının hazırlanması və ABŞ bazarına çıxış istiqamətində sıx əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, “Samsung Heavy Industries” gəmiqayırma və dəniz mühəndisliyi (EPC) təcrübəsini “Sargent & Lundy”nin 70 ildən artıq nüvə layihələndirməsi təcrübəsi ilə birləşdirərək xüsusilə süni intellekt məlumat mərkəzləri, adalar və sahildən uzaq sənaye obyektləri üçün yeni nəsil dəniz enerji infrastrukturu bazarında liderliyi ələ almağı planlaşdırır.