Ölkədə iki gəmiçilik şirkəti fəaliyyətini dayandırır

118

Azərbaycanda dənizçilik və gəmi idarəçiliyi (shipmanagement) sahəsində fəaliyyət göstərən iki məhdud məsuliyyətli cəmiyyət — “Aegis Voyage Shipmanagement” MMC və “Anchor Elite Shipmanagement” MMC ləğv olunduğunu elan edib.

Denizxeber.az bildirir ki, hər iki şirkətin ləğv edilməsi ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 78 B, ev AHB, mənzil 111 ünvanına təqdim edə bilərlər.

Məlumat üçün bildiriək ki, ləğv prosesində olan hüquqi şəxslərin göstəriciləri aşağıdakı kimidir:

  • “Aegis Voyage Shipmanagement” MMC (VÖEN: 2907356801) — 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Gogi Churkveidzedir.
  • “Anchor Elite Shipmanagement” MMC (VÖEN: 2907350421) — 2023-cü ildə təsis edilib. Nizamnamə kapitalı 100 manat olan cəmiyyətin qanuni təmsilçisi Edisher Zhgentidir.

Qeyd edək ki, gəmi idarəçiliyi şirkətlərinin ləğvi proseduru Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərinə uyğun olaraq kreditorların tələblərinin ödənilməsi mərhələsi ilə davam etdirilir.