Dəniz idmanında növbəti həyəcan – FOTO

273

Mingəçevirdə, Kür çayının sahilində keçirilən “Kürü keçək?! 5” açıq üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib.

Denizxeber.az bildirir ki, 1000 metr məsafəyə yarışda 111 idmançı mübarizə aparır.

Qeyd edək ki, artıq beşinci dəfədir keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutur.

Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı var.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilir: 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı.

Kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.