Su İdman Növləri Federasiyasının beynəlxalq yarışlarda uğur qazanan idmançıları təltif olunublar
Denizxeber.az bildirir ki, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən iyul-avqustda beynəlxalq turnirlərdə yüksək nəticələr qazanmış avarçəkmə və kanoe üzrə idmançılar, həmçinin onların məşqçiləri fəxri fərman verilib.
Akademik avarçəkmə üzrə komandamızın heyətində İtaliyanın Vareze şəhərində keçirilmiş Avropa çempionatında ikinəfərlik qayıqda gümüş medala sahib olan Ziya Məmmədzadə-Nurlan Paşayev və məşqçi Volodimir Morozov təltif edilib.
Kanoe üzrə yığmanın heyətində isə Macarıstanda Avropa ikincisi olmuş Tatyana Smilovenko və məşqçisi Aleksandr Jukovskiyə fəxri fərman alıb.
Mükafatları Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov təqdim edib.
#ASİNF#avarçəkmə#kanoe#canoe#azesportGənclər və İdman Nazirliyi













