Neft tankerinə zərbə endirilib

112

Qara dənizdə Novorossiysk dəniz terminalı yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) qurğularından neft yükləyən Yunanıstana məxsus iri neft tankeri hücuma məruz qalıb.

Denizxeber.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

Zərbə “Suezmax” sinfinə aid “Skiros” adlı Yunanıstan tankerinə vurulub. “Bloomberg” agentliyinin məlumatına görə, hücuma məruz qalan tankerin göyərtəsinə Rusiya nefti yüklənibmiş.

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) əsasən Qazaxıstan yataqlarından hasil edilən xam nefti Rusiya ərazisindən keçirməklə Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka dəniz terminalına nəql edən və buradan dünya bazarlarına çıxaran beynəlxalq neft kəməri sistemidir.