Dəniz idmanı Bakıya qayıdır

157

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə avqustun 22-də paytaxtda “Baku SUP Turniri” baş tutacaq.

Denizxeber.az bildirir ki, yarış Şıxov çimərliyi ərazisində — Veloparkla üzbəüz sahildə keçiriləcək. SUP Board (kürəklə lövhə üzərində üzmə) üzrə müvafiq bacarıq və təcrübəsi olan bütün gənclər turnirə qatıla bilərlər.

Gənclər arasında SUP idman növünü geniş təbliğ etmək, su idmanına marağı artırmaq və açıq havada sağlam həyat tərzini təşviq etməkdir. Azərbaycan Su İdmanı Növləri Federasiyası bu idman növünə həvəsi olan bütün gəncləri turnirdə fəal iştirak etməyə dəvət edir.

#ASİNF #SUP #Suİdmanı #AçıqHavadaİdman #SağlamHəyat Adıyla və dadıyla! Bakı Şəhər Gənclər və İdman İdarəsi Windsurfing Baku