Avqustun 24-dən 30-dək Niderlandın paytaxtı Amsterdam şəhərində akademik avarçəkmə üzrə növbəti Dünya Çempionatı keçiriləcək. 60-dan çox ölkənin iştirak edəcəyi bu mötəbər beynəlxalq turnirdə ölkəmizi Azərbaycan Su İdmanı Növləri Federasiyasının heyəti təmsil edəcək.
Denizxeber.az bildirir ki, təmsilçilərimiz Ziya Məmmədzadə və Nurlan Paşayev ikinəfərlik qayıqda yüngül çəki dərəcəsində medallar uğrunda yarışacaqlar.
Akademik avarçəkmə üzrə milli yığma komandaya yarışlar boyunca baş məşqçi Volodimir Morozov rəhbərlik edəcək.
#ASİNF #avarçəkmə #kanoe #kayak #rowing





