Ölüm saçan Lanyer gölü

97

ABŞ-nin Corciya ştatında yerləşən və ölkənin ən təhlükəli su hövzələrindən biri sayılan Lanyer gölündə bədbəxt hadisə baş verib. 71 yaşlı kişi suya düşmüş baş geyimini çıxarmaq istəyərkən suya yıxılaraq boğulub.

Denizxeber.az-ın “People” nəşrinə istinadla verdiyi məlumata görə, şahidlərin xəbərdarlığından sonra xilasedicilər tərəfindən həyata keçirilən axtarış tədbirləri təxminən iki saat davam edib.

Qayığı idarə edən 71 yaşlı kişi şlyapası suya düşdükdən sonra onu dənizdən götürməyə cəhd edərkən müvazinətini itirərək gölə yıxılıb. Mərhumun cəsədi xüsusi katerlərdə quraşdırılmış hidrolokatorların (sonar) köməyi ilə cəmi 3,3 metr dərinlikdə aşkar edilərək sudan çıxarılıb.

İnsidentə alkoqol sərxoşluğunun və ya su nəqliyyat vasitəsində texniki nasazlığın təsir edib-etməməsi barədə hələlik rəsmi açıqlama verilməyib. Lanyer gölü ABŞ-də ölüm hallarının tez-tez baş verdiyi ən bədnam su hövzələri sırasındadır. Göl ərazisində ümumilikdə 233 ölüm halı qeydə alınıb. Bu faciə 2026-cı ilin başlanğıcından bəri Lanyer gölündə qeydə alınan artıq üçüncü ölümcül insidentdir.