ABŞ qüvvələri narkotik daşıyan gəmiyə zərbə endirib

128

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın şərq hissəsində narkotrafiklə mübarizə çərçivəsində xüsusi dəniz əməliyyatı keçirib. Qanunsuz maddələrin daşınmasında istifadə olunan su nəqliyyatı vasitəsinə endirilən dəqiq zərbə nəticəsində gəmi məhv edilib.

Denizxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə SOUTHCOM özünün “X” sosial şəbəkə hesabında rəsmi bəyanat və əməliyyat kadrlarını paylaşıb.

SOUTHCOM-un açıqlamasında bildirilir ki, kəşfiyyat vasitələri ilə zərbə endirilən gəminin fəal şəkildə beynəlxalq narkotrafik zəncirində istifadə edildiyi tam təsdiqini tapıb. Keçirilən nöqtəvi əməliyyat nəticəsində gəminin göyərtəsində olan 2 nəfər “narkoterrorçu” məhv edilib. Komandanlıq hədəfə zərbənin endirilməsi, gəminin alışaraq yanması və suya batması anını əks etdirən video görüntüləri də ictimaiyyətə təqdim edib.