Avarçəkmə “Sea Breeze”də

185

Avarçəkmə “Sea Breeze”də Yay İdman Festivalında

Denizxeber.az bildirir ki, 27-28 avqust tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində, “Shore House”un qarşısındakı meydançada Yay İdman Festivalı keçiriləcək.

Saat 16:00-dan 19:00-dək davam edəcək festival çərçivəsində 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif interaktiv fəaliyyətlər təşkil olunacaq.

Festivalda avarçəkmə xüsusi diqqət çəkən idman növlərindən biri olacaq. İştirakçılar avarçəkmə ilə yaxından tanış olmaq, bu idman növünün xüsusiyyətlərini öyrənmək və avarçəkmə avadanlıqları ilə praktiki şəkildə tanış olmaq imkanı əldə edəcəklər.

#ASİNF#avarçəkmə#Gənclərİdman#AZESport#birki̇mi̇bi̇rli̇kdə

SEA BREEZE ResortShore House Restaurant