“Sağlam həyat üçün avar çək!” şüarı ilə Mingəçevirdə kütləvi idman tədbiri keçirilib
Denizxeber.az bildirir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında Mingəçevirdə “Sağlam həyat üçün avar çək!” devizi altında kütləvi idman tədbiri təşkil olunub. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən tədbirdə 50-dən çox yeniyetmə və gənc avarçəkən kayak, kanoe və akademik avarçəkmə qayıqlarında nümunəvi çıxışları ilə yadda qalıb.
Tədbirin keçirilməsində əsas məqsəd avarçəkmə idman növünün geniş kütlələr arasında təbliği, sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və insanların su idman növlərinə marağının gücləndirilməsidir.
#ASİNF#avarçəkmə#Gənclərİdman#AZEYouthGənclər və İdman Nazirliyi










