Xəzər dənizi alternativ olaraq seçilib

108

Cənub marşrutlarında yaranan gərginlik və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik fonunda İran xarici ticarətini şimal istiqamətinə orientasiya etməyi nəzərdən keçirir. “Fars” agentliyində dərc olunmuş təhlilə əsasən, Tehran cənub dəniz yollarından asılılığını azaltmaq üçün Xəzər dənizindən tranzit marşrutu kimi daha fəal istifadə etməyi planlaşdırır.

Denizxeber.az bildirir ki, ekspertlərin “Xəzər Ekspresi” adlandırdığı bu marşrut İranın şimal limanlarını Rusiya və Avrasiya nəqliyyat şəbəkəsinə birləşdirərək alternatividir.

Xəzər dənizi Rusiya və Qazaxıstandan taxıl, kənd təsərrüfatı məhsulları, ağac və xammal idxalı, həmçinin İranın sənaye, tikinti və kənd təsərrüfatı mallarının ixracı üçün strateji dəhliz rolunu oynayacaq.

Məqalədə vurğulanır ki, İran üçün əsas prioritet yalnız akvatoriya və ya dəniz dibi sahəsi deyil, Xəzərdən əldə olunacaq iqtisadi, ticarət və tranzit dividendlərinin maksimuma çatdırılmasıdır.

İran Prezidenti Məsud Pezeşkianın bəyanatlarına əsasən, Tehran Xəzəryanı tərəfdaşlarla — xüsusilə Azərbaycan və Türkmənistan ilə əlaqələri yeni müstəviyə qaldırmağı prioritet hesab edir. Bu yanaşma, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) tam gücü ilə fəaliyyət göstərməsinə ivmə qazandırır.