Mahaçqala limanı gücünü artırır

380

Azərbaycan sərhədindən cəmi 186 km məsafədə

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirir ki, Mahaçqala limanında illik 1,5 milyon ton gücündə yeni taxıl terminalının tikintisi planlaşdırılır. Lakin bu, yalnız liman layihəsi deyil.

Terminalın arxasında dəmir yolu + avtomobil yolu + liman bağlantısının kompleks şəkildə gücləndirilməsi dayanır. Mahaçqalanı Həştərxan–Mahaçqala və Rostov–Bakı magistralları ilə əlaqələndirən yol infrastrukturunun inkişafı da bu prosesin bir hissəsidir.

Bu layihələr Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən Qərb marşrutu üçün də əhəmiyyətlidir.

Çünki dəhlizin səmərəliliyi yalnız Azərbaycan ərazisindəki infrastrukturdan deyil, sərhədin hər iki tərəfində liman, dəmir yolu və avtomobil yollarının vahid logistika zənciri kimi işləməsindən asılıdır.

Mahaçqala ilə Azərbaycan sərhədi arasında cəmi 186 km məsafə olduğunu nəzərə alsaq, burada baş verən infrastruktur dəyişikliklərini regional tranzit baxımından diqqətlə izləmək lazımdır.