Gəmi qəzasının 15 qurbanı

56

Girnə sahillərində batan gəmidə ölənlərin sayı 13-ə çatıb – 15 nəfər itkin düşüb

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində avqustun 30-da Girnə limanı yaxınlığında batan “Filo Jet” sərnişin gəmisində itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Denizxeber.az bildirir ki, ŞKTC-nin Baş naziri Ünal Üstel sentyabrın 5-də səhər saatlarında daha bir sərnişinin meyitinin aşkarlandığını bildirib.

Bununla da qəza nəticəsində həlak olanların sayı 13 nəfərə, itkin düşənlərin sayı isə 15 nəfərə çatıb.

“13 nəfərin həlak olduğunu rəsmi şəkildə təsdiqləyirik, daha 15 nəfər isə itkin düşmüş hesab olunur”, – deyə Ünal Üstel bildirib.

Baş nazirin sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı artıq yeddinci gündür Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə davam edir.

Məlumata əsasən, “Filo Jet” gəmisinin qalıqları dənizin 550 metrdən çox dərinliyində yerləşir.

Hadisənin səbəblərinin araşdırılması və itkin düşən şəxslərin axtarışı davam etdirilir.