Rəsmi bəyanat

55

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını açıqlayıb.

Denizxeber.az bildirir ki, bu barədə “Press TV” məlumat yayıb.

Rezainin sözlərinə görə, İran hərbçiləri boğazdan keçməyə cəhd edən ABŞ gəmilərinə atəş açır. Lakin onun iddiasına görə, gəmilərin batırılmamasının səbəbi regionun ekoloji təhlükəsizliyi ilə bağlıdır.

“İran neft daşıdıqları üçün qaçaqmalçılıqla məşğul olan ABŞ gəmilərini batırmamaq qərarına gəlib. Çünki bu, regionun ətraf mühitinə zərər vurardı”, – deyə Rezai bildirib.

Onun açıqlaması Hörmüz boğazında gəmiçiliklə bağlı gərginliyin daha da artdığı bir vaxtda səslənib.

Qeyd edək ki, bundan əvvəl “Financial Times” öz mənbələrinə istinadən ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının minalardan təmizlənməsi məqsədilə dörd ay davam edən gizli əməliyyat keçirdiyini yazıb. Məlumata görə, əməliyyatda xüsusi təyinatlı qüvvələrin dalğıcları, robotlaşdırılmış qayıqlar və xüsusi sualtı aparatlardan istifadə olunub.

İran rəsmisinin boğazın tamamilə bağlanması ilə bağlı açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.