Təyyarə Qara dənizə qəza enişi edib – VİDEO

51

Batumidən havaya qalxaraq Türkiyənin Ordu-Giresun hava limanına doğru hərəkət edən ikinəfərlik özəl təyyarə Rizə vilayətinin Pazar rayonu yaxınlığında dənizə məcburi eniş edib.

Denizxeber.az bildirir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, hadisəyə ilkin səbəb kimi hava gəmisində yaranan texniki nasazlıq göstərilir. Təyyarədən təhlükə siqnalı daxil olduqdan dərhal sonra Türkiyənin Sahil Mühafizə Xidmətinin briqadaları hadisə yerinə cəlb olunub.

Xilasetmə əməliyyatı nəticəsində təyyarədə olan iki nəfər təhlükəsiz şəkildə təxliyə edilib. Onlar profilaktik müayinə məqsədilə Kaçkar Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.