Gələcək nəsil konteyner gəmilərinə xidmət

229

Almaniya ölkənin şimalındakı Bremerhaven limanının modernləşdirilməsinə təxminən 1,5 milyard avro ayıracaq.

Denizxeber.az bildirir ki, layihənin məqsədi Bundesver və NATO müttəfiqlərinin böyük həcmdə hərbi texnikasını, eləcə də iri qoşun kontingentlərini qəbul etmək üçün limanın sürətlə genişləndirilməsidir.

Qeyd olunub ki, layihənin 2026-2031-ci illər ərzində həyata keçirilməsi planlaşdırılır.

Ötən il Almaniya Dəniz Limanları Operatorlarının Mərkəzi İttifaqı infrastrukturun mümkün hərbi münaqişəyə hazırlanması üçün müdafiə büdcəsindən maliyyə vəsaitinin ayrılması xahişi ilə müdafiə naziri Boris Pistoriusa müraciət etmişdi.