Gecə əməliyyatı

69

ABŞ qüvvələri İranla artan gərginlik fonunda Ərəbistan dənizində gecə əməliyyatlarına hazırlaşır.

Denizxeber.az bildirir ki, “Fox News”un müxbiri Trey Yinqst bu barədə Hörmüz boğazı yaxınlığında yerləşən “USS George Washington” aviadaşıyıcısının göyərtəsindən məlumat verib.

Onun sözlərinə görə, aviadaşıyıcıya çatdıqdan təxminən bir saat sonra İrandan qaynaqlandığı bildirilən yeni təhlükəyə cavab olaraq döyüş təyyarələri və helikopterlərin təcili uçuşuna hazırlıq başlayıb.

Məlumata əsasən, bombalarla təchiz edilmiş F-35 qırıcılarının da aviadaşıyıcının uçuş göyərtəsindən havaya qaldırılması planlaşdırılır.T.Yinqst bölgədəki vəziyyəti belə qiymətləndirib:“Bura İranla münaqişənin son dərəcə fəal cəbhə xəttidir. Bu, ABŞ-nin hazırda regionda necə mövqe tutduğunu göstərir”.

Açıqlamaya görə, ABŞ hərbi qüvvələrinin Hörmüz boğazı yaxınlığında yüksək hazırlıq vəziyyətinə keçməsi regionda gərginliyin daha da artdığını göstərir. Hörmüz boğazı qlobal enerji daşımaları baxımından dünyanın ən strateji dəniz keçidlərindən biri hesab olunur.