“Batmış kənd” yenidən üzə çıxdı – FOTO

172

Türkiyənin İspartada əyalətində Kasımlar bəndində suyun səviyyəsinin düşməsi ilə “batmış kənd” yenidən üzə çıxıb. 

Denizxeber.az bildirir ki, İspartanın Sütçüler rayonundakı su altında qalan Darıbükü kəndi film səhnəsini xatırladan görünüşü ilə diqqət çəkib. Aksu və Eğirdir rayonlarından başlayan Köprüçay çayı üzərində 2016-cı ildə tamamlanan Kasımlar bəndi Darıbükü kəndinin su altında qalmasına səbəb olub.

Xüsusilə yay aylarında, su çəkildikcə kənddəki daş evlər, məscid, məktəb, köhnə binalar və elektrik xətləri yenidən görünür. Kəndin keçmiş izlərini saxlayan ərazilər vidolentə alınıb.
“Batmış kənd” xüsusilə payızda təbiət həvəskarları və foto həvəskarları üçün məşhur bir məkana çevrilib.