Kritik ultimatum

80

İran Hörmüz boğazının açılmasının yeddi şərtin yerinə yetirilməsindən asılı olduğunu açıqlayıb.

Denizxeber.az bildirir ki, “Tasnim” agentliyi İran tərəfinin vasitəçilər üzərindən ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı yeddi şərt təqdim etdiyini yazıb.

Agentliyin mənbəsinin məlumatına görə, İranın ali instansiyaları tərəfindən təsdiqləndiyi bildirilən həmin şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq.

Mənbə qeyd edib ki, İran və Oman arasında Hörmüz boğazında yeni giriş-çıxış marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı əldə olunan razılaşma boğazın tam açılması anlamına gəlmir.

Onun sözlərinə görə, Hörmüz boğazının açılması məsələsi əsasən Vaşinqtonun atacağı addımlardan asılıdır.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi strateji dəniz marşrutlarından biridir. Boğazda hər hansı məhdudiyyət qlobal neft və qaz bazarlarına, eləcə də beynəlxalq gəmiçiliyə ciddi təsir göstərə bilər.