İndoneziya sahillərində bərə aşdı – YENİLƏNİB

121

İndoneziya sahillərində, Yava dənizində bərə qəzası nəticəsində ən azı altı nəfər həlak olub, daha 130 nəfərin axtarışları davam etdirilir.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Qeyd olunur ki, 107 nəfər təxliyə edilib. İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi gəminin aşdığını, lakin batmadığını bildirib.