Supertanker minaya düşdü – VİDEO

50

Hörmüz boğazında bir neft tankeri minaya düşüb və alovlanıb.

Denizxeber.az bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəminin “Alqaya” olduğunu müəyyən edib. Yanğının qarşısının alınması cəhdləri nəticə verməyib.

SEPAH daha əvvəl gəmilərə sözügedən marşrutdan istifadənin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq etdiyini bildirib.