“Olimpiya ümidləri”

57

Sentyabrın 15-dən 20-dək Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçiriləcək.

Denizxeber.az bildirir ki, Azərbaycan Su İdman Növləri Federasiyasının komandası yarışda 6 idmançı ilə təmsil olunacaq.

Kayak yarışlarında Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoe üzrə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.

Azərbaycan nümayəndə heyətinin tərkibində böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov da yer alacaq.

Beynəlxalq turnir gənc kayak və kanoeçilərin beynəlxalq yarış təcrübəsi qazanması, müxtəlif ölkələrdən olan idmançılarla rəqabət aparması və öz bacarıqlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.