Gəmiyə hücum

120

Türkiyə bayrağı altında üzən “Lionfish” konteyner gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

Denizxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də baş verib.

Məlumata görə, zərbə gəminin konteyner hissəsinə endirilib. Nəticədə həmin ərazidə yanğın baş verib. Ekipaj üzvləri yanğını operativ şəkildə söndürüblər. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hücum baş verən zaman “Lionfish” gəmisi Türkiyənin Ambarlı limanından Trabzon istiqamətində hərəkət edib.

İlkin məlumata əsasən, gəminin hansı tərəfdən və kim tərəfindən hücuma məruz qaldığı hələ müəyyən edilməyib.

Hadisə Qara dənizdə davam edən Rusiya-Ukrayna müharibəsi fonunda mülki ticarət gəmilərinin üzləşdiyi təhlükəsizlik risklərini yenidən gündəmə gətirib.