AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfəri çərçivəsində Aralıq Dənizi Gəmiçilik Şirkətinin (MSC – Mediterranean Shipping Company) baş vitse-prezidenti Eduard Sigristin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Denizxeber.az bildirir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və mövcud əməkdaşlığın davamı olaraq Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin limanların idarə edilməsi və gəmiçilik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Orta Dəhlizin inkişafı, limanlar və gəmiçilik sektorunda əməkdaşlıq imkanlarının artırılması, eləcə də qarşılıqlı təcrübədən faydalanılması istiqamətində əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.






