Çempionat keçiriləcək

333

Bakıda surfkastinq üzrə Azərbaycan çempionatı keçiriləcək

Denizxeber.az bildirir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə surfkastinq (sahildən balıq tutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Yarış 19 sentyabr tarixində Bakıda, Veloparkın qarşısında yerləşən Şıx çimərliyi ərazisində təşkil olunacaq.

Çempionatda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçının mübarizə aparacağı gözlənilir.

Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun keçiriləcək. İştirakçılar tərəfindən tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və nəticələrə əsasən qaliblər müəyyənləşdiriləcək.

Çempionatın sonunda yüksək nəticə göstərən iştirakçılar diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarışın keçirilməsində məqsəd surfkastinq idman növünün Azərbaycanda inkişaf etdirilməsi, balıqçılıq idmanına marağın artırılması və bu sahədə fəaliyyət göstərən idmançıların bir araya gətirilməsidir.