İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 14 nəqliyyat vasitəsi satılıb. Satılan nəqliyyat vasitələri arasında “Point Brower D” markalı gəmi də olub.
Denizxeber.az-ın quruma istinadən verdiyi məlumata görə, hərracda ilkin satış qiyməti 4 500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6 600 manata, start qiyməti 6 750 manat müəyyən edilən “Land Rover Freelander” markalı nəqliyyat vasitəsi isə 7 200 manata satılıb.
“Point Brower D” markalı gəmi 115 000 manata alınıb.
Bildirilib ki, növbəti hərraclar sentyabrın 22-də və 29-da keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər satışa çıxarılan əmlaklarla www.emlak.gov.az və www.auksion.gov.az saytları vasitəsilə tanış ola bilərlər.





