ASCO nümayəndələri Bolqarıstanda TBNM üzrə işçi qrupunun iclasında iştirak ediblər

62

Bolqarıstanın Sofiya şəhərində 14–15 sentyabr tarixlərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Denizxeber.az ASCO-ya istinadən bildirir ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) tədbirdə İstismar-kommersiya departamentinin rəisi Məhəmməd Topalov və departamentin aparıcı mütəxəssisi Niyaməddin Aslanov təmsil edib.

İclasın gündəliyinə TBNM-in səmərəliliyinin artırılması və strateji əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı bir sıra mühüm məsələlər daxil edilib.

İclasda ilk olaraq 2026-cı ilin 8 ayı ərzində marşrut üzrə həyata keçirilən yükdaşımaların həcminə dair hesabat dinlənilib və mövcud problemli məsələlər ətraflı təhlil olunub. Tərəflər daşımaların səmərələliyini artırmaq məqsədilə konteyner gəmilərindən istifadə etməklə konteyner qatarları tərkibində yükdaşımaların təşkili, eyni zamanda yük daşıma tariflərinin optimallaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparıblar.

Müzakirələrin yekununda müvafiq protokol imzalanıb.