Miqrantlar saxlanılıb

39

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda hərəkətdə olan rezin qayıqdakı 31 qanunsuz miqrant saxlanılıb.

Denizxeber.az bildirir ki, Mobil Sahil Nəzarət Vasitəsi (DENİZ-3511) tərəfindən rezin qayıq içərisində bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib.

Bölgəyə istiqamətləndirilən sahil mühafizə əməkdaşları tərəfindən dayandırılan hərəkətdəki rezin qayıqdakı 2-si uşaq olmaqla, 31 qeyri-qanuni miqrantın qarşısı alınıb.

Qeyri-qanuni miqrantlar, sənədləşmə işlərinin ardından Miqrasiya İdarəsinə göndərilib.