Dəniz nəqliyyatı və statistika

51

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda 10 milyard 931,9 milyon manat məbləğində gəlir əldə edilib.

Denizxeber.az bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz çoxdur.

Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 40,5 faizini neft yükləri təşkil edib.

Dəniz limanlarında 8 milyon 633,6 min ton yük üzrə yükləmə-boşaltma işləri həyata keçirilib. 2026-cı il avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 150 min ton olub.

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 95,7 faizi avtobusların, 4,3 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.