Rəsmi qərar

60

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-dək uzadılıb.

Denizxeber.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2027-ci il yanvarın 2-si saat 06:00-dək qüvvədə olacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.