Somali Hərbi Dəniz Qüvvələri sentyabrın 18-də su alan və sahilə oturan yük gəmisinin 18 nəfərlik ekipajını xilas edib.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, “Jacuar” (IMO 9181821) adlı gəmi Sent-Kits və Nevis bayrağı altında üzürmüş. Gəmi 7 007 ton yük daşıyaraq Mozambikdən Misirə doğru hərəkət edirmiş.
Məlumata görə, ekipaj üzvləri Hindistan, Suriya və Misir vətəndaşlarından ibarət olub.
Somalinin Limanlar və Dəniz Nəqliyyatı Nazirliyi hadisənin səbəbini açıqlamayıb. Bəzi KİV-lər gəminin çevrildiyini yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd olunur ki, Somali son illərdə Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirmək və dəniz təhlükəsizliyini gücləndirmək istiqamətində səylərini artırıb.





