Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında yeni insident barədə məlumat yayıb.
Denizxeber.az bildirir ki, məlumatda tanker Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurulduğu bildirilib. Buna baxmayaraq, gəmi hərəkətini davam etdirib.
Hadisə nəticəsində ekipajın iki üzvünün yaralandığı qeyd olunur. Gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.





